Hanza MMC
Xarici satınalmalar üzrə mütəxəssis
Son tarix 26 mar 2026 - [email protected]
Öhdəliklər
- Dövlət təşkilatları tərəfindən elan olunan tenderlərin daimi izlənilməsi
- Şirkətin fəaliyyət istiqamətinə uyğun tenderlərin müəyyən edilməsi, rəhbərliyə bildirilməsi və iştirak üçün təkliflərin hazırlanması
- Tender sənədlərinin “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə tərtib edilməsi və vaxtında təqdim olunması
- Xarici bazar qiymətlərinin araşdırılması, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin formalaşdırılması
- Tender təkliflərinin həm texniki, həm də kommersiya baxımından düzgün hazırlanması
- Müqavilələrin bağlanması üçün tələb olunan sənədlərin və sertifikatların hazırlanması
İş şəraiti
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00 dan–18:00 dək.
- Əmək haqqı - razılaşma əsasında
Tələblər
- Yaş 20 yaşdan 35 yaşadək
- Ali təhsil
- Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi arzuolunandır)
- MS Office proqramlarında (xüsusilə Word və Excel) yüksək səviyyədə işləmək bacarığı “Dövlət Satınalmaları haqqında” Qanunvericiliyi bilmək
- Xarici təchizatçılarla (xüsusilə Alibaba, Made-in-China və oxşar platformalar vasitəsilə) peşəkar yazışma aparmaq bacarığı
- E-poçt vasitəsilə rəsmi yazışmaların aparılması, kommersiya təkliflərinin tələb olunması və müqayisəli təhlillərin hazırlanması bacarığı
- Sənədləşdirmə və yazışma işlərində dəqiqlik, analitik düşünmə və təhlil bacarığı
- Peşəkar yanaşma, məsuliyyətlilik və komandada effektiv işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












