Halal - P
Yerli satınalmalar üzrə mütəxəssis
Son tarix 21 fev 2025 - [email protected]
Vəzifələr:
- Şirkətdaxili satınalma üzrə daxil olmuş PR (satınalma sifariş forması) qəbulu və malların alışı üçün PO təşkili və mal alışı
- Satınalma planının aylıq təqdim edilməsi
- Potensial vendorlarla (tədarükçülərlə) münasibətləri qurulması
- Yeni vendorların /tədarükçülərin axtarışını, partnyor bazasını daima genişləndirilməsi
- Müqavilələrin bağlanması və koordinasiya işinin təşkili
- Alğı-satqı əməliyyatları üçün müqavilələrin tərtibi və icrasına nəzarət
- Sədərək, Binə ticarət mərkəzi kimi bazarlardan nağd satınalmaların təşkili
- Hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Həftəlik 5 iş günü (08:30-dan 17:30-dək)
- AR Əmək Məcəlləsi uyğun sənədləşmə
Tələblər:
- Ali təhsil arzuoluanandır.
- Mətbəə, bank və sair kompüter avadanlıqları üzrə 2 il iş təcrübəsi.
- Azərbaycan və Rus dili (səlis).
- Şəxsi avtomobilin olması mütləqdir.
- Excel bilikləri mütləqdir.
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı.
- Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı.
- Yüksək analitik düşünmə qabiliyyəti və Microsoft excel bilikləri.
- Müştəriyönümlü, ünsiyyətçil, yaradıcı, təşəbbüskar, satış texnikalarını bilən
- Sərbəst nitq qabiliyəti, xoş Zahiri görünüşün olması.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
CV-rinizi azərbaycan dilində vəzifənin adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərsiniz.