Güven Group Company MMC
Restoran supervayzer / menecer
Son tarix 15 noy 2025 - [email protected]
Güvən Group Company – Restoran Shakespeare “Restoran supervayzer/menecer” vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək;
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Restoran personalı – ofisiant, ofisiant köməkçisi, barmen, xadimə və inzibati heyətin iş qrafiklərini hazırlanmaq və ədalətli bölüşdürülmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək;
- Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il idarəetmədə təcrübə;
- Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
- Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
- Xarici dil bilikləri mütləqdir;
- Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı:1000 AZN + servis charge;
- İş yeri: Bakı şəhəri, Əziz Əliyev 11 (Tarqovu).
Maraqlanan namizədlər öz CV-lərini “Restoran supervayzer/menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 0102329119 nömrəsinin whatsappına göndərə bilərlər.