GT LLC
Kommersiya şöbəsinin rəhbəri
Son tarix 20 okt 2024 - [email protected]
İşin təsnifatı:
- Kommersiya planı yaratmaq üçün bazar araşdırmasının və təhlilin aparılması;
- Şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
- İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
- Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
- Marketinq, satış və müştəri xidmətləri kimi müxtəlif şöbələrlə iş birliyinin təşkil edilməsi;
- Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqinin həyata keçirilməsi;
- Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Yeni müştərilər cəlb etmək və müştəri münasibətlərini idarə etmək;
- KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi;
- Əsas məlumat bazasından istifadə edərək kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması;
- Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsi;
- Sosial media platformaları üçün (İnstagram, Facebook, Linkedİn və s.) günlük və həftəlik kontentin hazırlanması (foto,reels,mətn və.s) və paylaşmasını təmin etmək;
- Tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
- Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
- Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
- İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
- Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
- Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
- Qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
- Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
- İnsan Resursları şöbəsi ilə birgə Şöbə tabeçiliyində olacaq işçilərin işəgötürülmə prosesini təmin etmək;
- Satış komandalarını formalaşdırmaq;
- Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
- Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Satış istiqamətində bütün işini koordinasiya etmək;
- LEAD / DEAL emal prosesini təmin etmək;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq.
Namizədə aid tələblər:
- Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum rəhbər vəzifədə 3-5 il iş təcrübəsi4
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı (Rus dili arzuolunandır);
- Kreativ və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- İdarəetmə bacarığı;
- Satış, marketinq və ya müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq.
İş şəraiti:
- İş rejimi: 5 günlük ;
- İş yeri: Bakı şəhəri.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Kommersiya şöbəsinin rəhbəri” qeyd etməklə e-mail ünvanına göndərəsiniz.