Grand Motors Company
Müştəri Xidmətləri Koordinatoru
Son tarix 04 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahədə 1 il;
- MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Daxil olan sorğuların (ticketlərin) CRM sistemində düzgün qeydlərinin aparılması və müvafiq əməkdaşlara yönləndirilməsi;
- Müştəri əlaqələrinin idarəedilməsi (CRM) tətbiqi üzərindən müştəri sorğularına əsasən Lead-lərin yaradılması;
- Daxil olmuş müştəri şikayətlərinin müvafiq şöbələrlə əlaqələndirilməsi;
- Daxil olan müştəri sorğularının həftəlik və aylıq statistikasının hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
- Müştəri Əlaqələrinin İdarəedilməsi (CRM) tətbiqi üzərindən qeydə alınan LEAD-lərə və DEAL-lərə nəzarət edilməsi;
- Lead və Deallərin vaxtında emal olunmaması səbəblərinin dəqiqləşdirilməsi və gecikmə hallarının aradan qaldırılmasının təşkil edilməsi;
- Mövcud platformaların istifadə qaydalarında olunan dəyişikliklərin mənimsənilməsi və bu barədə satış mütəxəssislərinin və MXM-lərin məlumatlandırılması;
- İtirilmiş Deal-lərin səbəblərinin araşdırılıb qeyd edilməsi;
- Yeni müştərilərin kontakt məlumatlarının sistemə daxil olunmasının təmin edilməsi;
- Satış nöqtələrindən yönləndirilən şikayətlərin cavablandırılması və həlli üçün taskların yaradılması;
- CR Satış planın hazırlanması və hədəflərin təyin edilməsi;
- Customer Journey planınlarının hazırlanması və təkminləşdirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 637-731 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri üzrə Koordinator” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan Resursları üzrə Mütəxəssis
Son tarix 04 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahədə 2 il;
- İnsan resursları əməliyyatları üzrə nəzəri biliklərə sahib olmalı;
- Məsuliyyətli, çevik və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
- İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
- İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
- Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
- Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Hesabatların rəhbərliyə təqdim olunması;
- Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.