Göygöl Şərab Zavodu ASC
Brend Təmsilçisi
Son tarix 19 yan 2025 - [email protected]
Vəzifələr:
Məhsulun tədbirlərdə təqdimatı:
- Restoran, sərgi, və promo tədbirlərində şərabların təqdimatını təşkil etmək və keçirmək.
- Tədbir iştirakçıları ilə qarşılıqlı əlaqə quraraq məhsulları tanıtmaq, rəyləri toplamaq və brendin tanıtımını artırmaq.
- Ölkədaxili və ölkəxarici tədbirlərdə brendi təmsil etmək.
- Ölkədaxili və ölkəxarici təlimlərdə iştirak etmək.
HoReCa personalı üçün təlimlərin keçirilməsi:
- HoReCa (otellər, restoranlar, kafelər) personalı üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
- Personalın məhsullarımızı bilməsini və müştərilərə effektiv şəkildə tanıtmasını təmin etmək.
Hesabatlıq və təhlil:
- Tədbirlərin nəticələrinə dair ətraflı hesabatlar hazırlamaq, demoqrafik məlumatlar (yaş, cins), müştəri rəyləri və ümumi təəssüratları daxil etmək.
- Məlumatları təhlil edərək hədəf auditoriyasını müəyyənləşdirmək və brendin güclü və zəif tərəflərini qiymətləndirmək.
Tələblər:
- Tədbirlərin təşkili, təlim və müştəri münasibətlərinin idarə olunması sahəsində təcrübə.
- Yaş 20 – 35
- Cinsi – qadın.
- Əla ünsiyyət və təqdimat bacarıqları.
- Azərbaycan, Rus dilləri tələb olunur, İngilis dili arzuolunandır.
- Güclü təşkilati bacarıqlar və diqqətlilik.
- Məlumatları təhlil etmək və praktik tövsiyələr vermək bacarığı.
- Microsoft Office (Word, Excel, PowerPoint)
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Brend Təmsilçisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.