Good Finance
Mühasib
Son tarix 21 iyn 2025 - [email protected]
Vəzifə üzrə tələblər:
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində
- İş təcrübəsi: minimum 1 - 2 il
- Kompüter bacarıqları: MS Office,1C, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az, stat.gov.az dövlət platformaları, BTP proqramında işləmə bacarığı
- Vergi Məcəlləsi, Mühasibatlıq üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq sənədlərinin (qaimə-faktura, hesab-faktura, müqavilələr və s.) hazırlanması və uçotunun aparılması;
- ƏDV, ÖMV, DSMF, Statistika hesabatların hazırlanması və təqdim olunması;
- Vergi və digər dövlət qurumları ilə yazışmaların aparılması;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Pul vəsaitləri üzrə daxilolmaların işlənməsi və yerli ödənişlərin icrası;
- Elekton qaimələrin yoxlanılması və tərtib olunması;
- Gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması;
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası;
İş şəraiti və şərtləri:
- İş yeri: Bakı, Nəsimi rayonu, Ceyhun Səlimov 101;
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- Əmək haqqı: 1200-1500 AZN
Uyğun namizədlər CV formasını Müraciət Et düyməsində qeyd edilmiş e-mail ünvanına "Mühasib" başlığı altında göndərə bilərlər.