GM Construction
Mühasib
Son tarix 25 fev 2023 hr@gmco.az
Vəzifə öhdəliyi:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturalarının yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək ;
- Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
- Cins: kişi;
- Yaş həddi: 30-50;
- İxtisas üzrə azı 5 il iş təcrübəsi;
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- Vergi Məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
- İş yeri: Baş ofis - Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189);
- İş rejimi: 6 günlük, şənbə - qısaldılmış (09:00-13:00) iş günü;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı 1500 - 1700 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.