Gilan and Knauf
Elektronçu-mühəndis
Son tarix 10 fev 2024 - [email protected]
Namizədə dair tələblər:
Texniki bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı) - danışma və anlama qabiliyyəti;
- PLC proqramlama dillərindən məlumatlı olması;
- Siemens TİA Portal haqqında məlumatlı olması;
- Elektrik təhlükəsizliyi haqqında məlumatlı olması;
Yumşaq bacarıqlar:
- Məsuliyyətli
- Operativ
- Dəqiq və diqqətcil
- Nəticəyönümlü
- Analizetmə bacarığı
Xüsusi tələblər:
- Ali təhsil (bakalavr) – Avtomatlaşdırma, Elektrik və ya Elektronika mühəndisliyi sahəsində ali texniki təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il;
- Kişi namizədlərə üstünlük verilir;
- Gəncə, Mingəçevir, Goranboy şəhərlərindən olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat sahəsində avadanlıqların elektroniki tənzimlənməsi, sazlama işlərinin görülməsi;
- Avadanlıqların texniki vəziyyətinin yoxlanılması, aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
- Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
İş şərtləri:
- İş saatı: 08:00-17:00 (Bazar ertəsi-Cümə)
- Servis təmin edilir (Gəncə, Goranboy, Mingəçevir şəhərlərindən)
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Goranboy rayonu, Goran qəsəbəsi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu yerinə “Elektronçu” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 15.02.2024