GF Company
Beynəlxalq əlaqələr üzrə menecer
Son tarix 27 noy 2023 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Xarici şirkətlərlə əməkdaşlıq qurularkən danışıqların aparılması;
- Email ilə yazışmalar
- Qiymət razılaşmalı üçün danışıqları aparmaq(müqayisəli).
- İdxal zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə Quality sert.və s.) yoxlanılması
- Çatdırılmış malın keyfiyyətində problem yarandıqda bu haqda malsatanla əlaqə yaradıb vəziyyət haqqında məlumatlandırmaq.
- Yükün sərhəddi keçməsinə və daxil olan yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesi nəzarətdə saxlamaq
- Müvafiq müqavilələri ilkin baxışdan keçirmək və lazımı düzəlişlər etmək
- Bütün qaimə-fakturaların yoxlanması və Gömrük qaydalarına uyğunluğunun da yoxlanılması daxil olmaqla, şirkətin prosedurlarına uyğun olaraq mühasibat uçotu məqsədləri üçün qeydləri aparmaq.
- Hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarət etmək.
- Müqavilə bağlanması prosesində yazışmalar
- İdxal zamanı müvafiq sənədlərin müvafiq qurumlardan alınmasının təşkili (Məsələn sertifikat və s. kimi sənədlərin İqtisadiyyat Nazirliyindən Qida təhlükəsizliyindən alınması)
- Gömrük əməkdaşları və yük gətirən nəqliyyat şirkətləri ilə əlaqə yaradaraq işin operativ təşkili
- Şirkətlərdən təkliflər almaq və şirkətlərə təkliflər vermək
- Yerli və xarici şirkətlərə sorğu verərək şirkətə lazım olan avadanlıq, materiallar və xidmətlər üzrə təchizatçıları araşdırmaq.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
- İngilis dilini əla səviyyədə bilmək (Rus və türk dillərini bilmək arzuolunandır)
- Microsoft office proqramları və outlook ilə işləməyi bacarmaq
- Komputerdən operativ istifadə etməyi bacarmaq
- Ünsiyyət qurma bacarığı
Əmək haqqı: Vəzifə üzrə 800-1000 AZN təyin olunur və işçinin bilik və təcrübəsinə uyğun qiymətləndiriləcək.
Maraqlı namizədlərdən xahiş olunur ki, cv-lərini mövzu hissəsində “Beynəlxalq əlaqələr üzrə menecer” göstərməklə 26 noyabr 2023-cü il tarixinədək e-mail ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.