Gens Elektrik
Mühasib
Son tarix 11 noy 2025 - [email protected]
Tələblər:
- Xanım namizədlər;
- Ali təhsil (riyazi, maliyyə üzrə);
- İş təcrübəsi: min. 1 il (iş öyrədiləcək);
- Yaş aralığı: 21-30 yaş;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı (arzu olunandır);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş barədə məlumat:
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
- Vergi portalına e-qaimə yüklənməsi;
- Ödəniş üçün daxil olan sənəd topluların işlənilməsi;
- Satıcılara ödənilmiş avans məbləğlərin nəzarəti;
- Satışla əlaqədar daxil olunan sənədlərin yoxlanması və arxivləşdirilməsi;
- Satıcılar və Alıcılar üzrə qalıqların üzləşməsi və təsdiqləmə işlərinin aparılması;
- Rəhbərliyin tapşırdığı ilə digər cari işlərin yerinə yetirilməsi.
İş şəraiti:
- İş vaxtı: 09:00 - 18:00 (6/1 Şənbə qısaldılmış);
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 185;
- Əmək haqqı 500-700 AZN (təcrübədən asılı olaraq).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Satınalma üzrə mütəxəssis
Son tarix 11 noy 2025 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
- Rus dili mütləqdir;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
- 1C 8.3 proqramında iş təcrübəsi.
- Logistik təcrübə
İş barədə məlumat:
- Xarici və yerli alışları yerinə yetirməli;
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyyatları ilə müqaisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir;
- Şirkətin satınalma siyasətinə ciddi şəkildə riayyət etməlidir;
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
- Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
- Logistikanın təmin olunması.
İş şəraiti:
- İş vaxtı 09:00 – 18:00 (6 günlük iş həftəsi)
- İstirahət: Bazar günü.
- Şirkət tərəfindən korporativ nömrə, telefon və internet ilə təmin olunur.
- Əmək haqqı: 700-1500 AZN (təcrübəyə görə)
- İşçilər Azərbaycan Respublikası Məcəlləsinə əsasən sənədləşdirilir.
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.