Gazelli Group
Koordinator
Son tarix 10 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İctimai yerlərdə quraşdırılmış interyerin, mebelin, dekorun və avadanlıqların təhlükəsizliyinə nəzarət etmək;
 - İnventarın təhlükəsizliyini təmin etmək və onun zədələnməsinin qarşısını almaq;
 - Yaranmış nasazlıqlar, dəymiş zərər və interyerin elementlərinin dəyişdirilməsi zərurəti barədə rəhbərliyi məlumatlandırmaq, “Gazelli House” un interyer elementlərinin zədələnməsi və qırılmasını aktlaşdırmaq;
 - İctimai yerlərin, döşəmənin, mebelin, şüşə səthlərin təmizliyi və s. vəziyyətinə nəzarət etmək;
 - Təmizlik üzrə supervayzerə əlavə təmizlik fəaliyyəti ilə bağlı məlumat vermək;
 - Ziyarətçilərin mərkəzin qaydalarına, o cümlədən əmlakla ehtiyatlı davranmalarına nəzarət etmək;
 - Quraşdırılmış inventarın yalnız təyinatı üzrə istifadə edilməsinin zəruriliyini xatırlatmaq
 - Ziyarətçilərə mərkəzdə hərəkət istiqamətini təyin etməkdə köməklik göstərmək (zonaların yerini göstərmək);
 - Xüsusi ayaqqabı və ya aksessuarlardan istifadə kimi müəyyən edilmiş standartlara uyğunluğa dair tövsiyələr vermək;
 - Nöqsanları aradan qaldırmaq üçün administrasiya, təhlükəsizlik və texniki xidmətlərlə qarşılıqlı fəaliyyət göstərmək;
 - Tədbirlərdən (seminarlar, təqdimatlar) sonra binada nizam-intizamı və qurulmuş interyeri nəzarətdə saxlamaq
 
Namizədlərə tələblər:
- Sərbəst Azərbaycan, Rus dilində danışan,
 - Yaş: 18-35 arası xanım namizədlərə üstünlük verilir
 - Ali və ya orta-texniki təhsilli
 - Ünsiyyətcil, gülərüz, hər cür konfliktdən qaçan
 - Problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti
 
Əmək haqqı:
- Aylıq məvacib 600-700 AZN təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
 - İş qrafiki 6/1 (istirahat günü həftə içində)
 - AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
 
Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “KOORDİNATOR” qeyd edərək e-poçt ünvanına ya da (077) 277-34-78 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







