Gasline MMC
Baş mühasib
Son tarix 12 okt 2024 - [email protected]
İş barədə məlumat
- Maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və Zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 günlük, Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- Əmək haqqı : 1300-1800 AZN
Namizədə tələblər
- Təhsil : ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : müvafiq sahədə 5 ildən çox iş təcrübəsi
- Yaş həddi: 25-35 yaş arası bəylər
- Office proqramlarında, əsasən Excel-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır və topdan satış sahəsində işləməsi üstünlükdür
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir
- Dil biliyi: azərbaycan dili-yüksək səviyyədə
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- PMS və ACCA üzrə sertifikatların olması üstünlükdür
- Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
Müraciət etmək istəyənlərin e-mail ünvanına mövzu hissəsinə “Baş mühasib” yazmaqla CV-lərini göndərmələri xahiş olunur.