G-5 Travel MMC
Aviabiletlərin bronlaşdırılması üzrə mütəxəssis
Son tarix 02 iyn 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan ZərifəƏliyeva 21
- Əmək haqqı: Müsahibə əsasında (800 dən başlayır)
Vəzifə öhdəlikləri:
- Müştərilərə aviabiletlərin bronlaşdırılması və satışı üzrə xidmət göstərmək
- Beynəlxalq rezervasiya sistemlərində (Galileo və s.) işləmək
- Uçuş cədvəlləri, qiymətlər və marşrutlar barədə məlumat təqdim etmək
- Mövcud kampaniya və endirimlər barədə müştəriləri məlumatlandırmaq
- Bron edilmiş biletlərin dəyişdirilməsi və ya ləğvi prosedurlarını həyata keçirmək
- Müştəri sorğularını operativ cavablandırmaq və şikayətləri həll etmək
- Satışlarla bağlı gündəlik hesabatların hazırlanması
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Turizm və ya aviasiya sahəsində iş təcrübəsi arzuolunandır
- Rezervasiya sistemlərində işləmək bacarığı (Galileo və s.)
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili üstünlükdür
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlülük
- Dəqiqlik və məsuliyyətlilik
Maraqlanan namizədlər cv-lərini [email protected] və ya [email protected] mail ünvanlarına göndərə bilərlər.