FinexKredit BOKT
Mühasib
Son tarix 13 yan 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali xüsusi profil təhsili (mühasibat, maliyyə, iqtisadiyyat);
- İş təcrübəsi: minimum 5 il
- Yaş: 22-45
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə)
- BOKT və ya bank mühasibatını bilməli
- BOKT-a aid bütün növ hesabatların verilməsini bilməli
- Komputer bilikləri: Microsoft Office (Excel yüsək səviyyədə), 1C bilikləri;:Mühasibatlıq, Vergi hesabatları, BTP
- Əmək və Vergi qanunvericiliyi, Boktlar haqqında mövcud Qanunvericilik, AR MB-nin normativ sənədləri, Mülki Qanunvericilik üzrə biliklər
- Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini bilməli;
- Yoxlama və sənədli təftişin aparılması qaydasını bilməli;
- Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə təcrübəni bilməli;
- Komanda ilə işləmək bacarığı
- Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
Vəzifə öhdəlikləri:
- Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili.
- Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
- Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
- Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
- Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edir;
- İlkin mühasibat, hesablaşma və ödəniş sənədlərinin qəbulu və hazırlanması, onların mühasibat və vergi qanunvericiliyinə uyğun hazırlanması, tamlığını və qorunub saxlanmasını təmin etməklə hazırlanmasını təşkil edir;
- Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
- Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
- Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
- Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanmasına dəstək vermək;
- Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
- Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
- Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına nəzarət edir;
- Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;
- Gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
Əmək haqqı:
- Razılaşma əsasında.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını 12.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.