FinDynamix
Mühasib/Aparıcı mühasib
Son tarix 05 yan 2026 - [email protected]
Əsas vəzifələr:
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən maliyyə əməliyyatlarının qeydiyyatını aparmaq və sənədləşdirmək.
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- İlkin mühasibat sənədlərinin yoxlanılması və qanunvericiliyin tələblərinə tam uyğun olmasına nəzarət etmək;
- Gəlir və xərclərin düzgün uçotunu təmin etmək.
- Müəssənin fəaliyyətinə uyğun vergi hesabatlarının (DSMF, Statistika və.s) hazırlanması və təqdim edilməsi;
- Maliyyə sənədlərinin mühasibatlıq standartlarına və müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək.
- Bank əməliyyatlarının və pul vəsaitlərinin idarə olunmasını həyata keçirmək.
- Maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək.
- Daxili və xarici auditlərdə maliyyə sənədlərini təqdim etmək və lazım olan məlumatları vermək.
- Mühasibatlıq ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Minimum 2 il mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi.
- Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə biliklərə malik olmaq.
- Vəzifəsi ilə əlaqədar elektron hökümət portalında sərbəst işləmə bacarığı
- Müvafiq qanunvericilik normalarını (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) bilmək və tətbiq etmək bacarığı.
- Sərbəst komputer istifadəçisi.
- Bank və ödəniş təşkilatlarında iş təcrübəsi arzuediləndir.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai plaza
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Təklif etdiklərimiz:
- Əmək haqqı: 1000-1500 (nett)
- Müasir və innovativ fintech şirkətində çalışma imkanı
- Əməkdaşlıq və dəstəyə əsaslanan iş mühiti
- Şirkətin inkişafında və müştəri təcrübəsində real təsir yaratmaq fürsəti
Əgər siz də qabaqcıl bir fintech startup-da çalışmaq üçün motivasiyalı və təcrübəli namizədsinizsə, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərməyinizi xahiş edirik.











