FINCA Azerbaijan
İnzibati köməkçi (İnventar qeydiyyatı üzrə)
Son tarix 27 dek 2023 - Müraciət et
Namizədə öhdəliklər:
- Mövcud qaydalara əsasən, yeni əşyalar/avadanlıqlar alındığı zaman onları inventar siyahısına əlavə etmək, müvafiq filiala göndərilənədək saxlanmasını təmin etmək və köhnə və ya zədələnmiş əşyaları/avadanlıqları təlimata uyğun siyahıdan çixarmaq. Müvafiq identifikasiya nişanları tətbiq etmək və tam sənədləşməni həyata keçirmək.
- Təşkilatının standartlarına əsasən dövri fiziki yoxlamalar keçirmək, hesabatlar hazırlamaq və təqdim etmək.
- İnventar əşyaların/avadanlıqların bölüşdürülməsini, köçürülməsini və təyinatını layihə ehtiyaclarına uyğun şəkildə təşkil edərək bütün fəaliyyətin düzgün sənədləşdirildiyinə əmin olmaq.
- Şirkətin yanğınsöndürən balonlarının qrafiklərinə uyğun təkrar dolumlarını təşkil etmək.
- Nəqliyyatlar üzrə yanacaq hesabatlarını yoxlamaq və təsdiq etmək.
- Printer kartriclərinin qeydiyyat qrafikinə uyğun dolumlarını təşkil etmək.
- Stokları nəzəarətdə saxlamaq və hesabatlar təqdim etmək
Namizəddən gözləntilər:
- Təhsil: Ali (Bakalavr) istənilən sahədə
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı
- Standartın üzərində Excel biliklərinə sahib olmaq
- Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
- Korporativ iş təcrübəsi ən azı 1 il
- Kommunikasiya bacarığı
- Kargüzarlığa aid biliklərə sahib olmaq
- İşində düzgünlüyə və detallara diqqət yetirəmək
- Komanda ilə işləmək bacarığı
- Vaxtı İdarəetmə bacarığı