Fairmont Baku
İctimaiyyətlə Əlaqələr və Marketinq üzrə Koordinator
Son tarix 26 noy 2024 - [email protected]
Əmək funksiyası:
- Müvafiq olaraq otel,yerli,regional,beynəlxalq bazarlar çərçivəsində ünsiyyət strategiyalarını və ictimai əlaqə proqramlarını həyata keçirmək
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Brend təşəbbüslərini işləyib hazırlamaq və həyata keçirmək üçün Satış şöbəsi ilə birgə işləmək;
- Press-kitlər, press-relizlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlamaq və yaymaqda köməklik etmək;
- İstənilən şöbələr üçün marketinq və reklam üzrə məsləhətlər verməkdə köməklik etmək;
- İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin xəbər-informasiya bazasını yeniləmək və digər şöbələr ilə əməkdaşlıq edərək, onları bütün cari xəbərlərdən xəbərdar etməkdə köməklik etmək;
- Mətbuatla və əsas bazarda biznes tərəfdaşları ilə müsbət münasibətlər qurmaq və inkişaf etdirməkdə köməklik etmək;
- Bütün media siyahılarını və əlaqə məlumatlarını inkişaf etdirmək və lazımi səviyyədə saxlamaq;
- Otelin bütün media və xüsusi hadisələrin foto qeydləri də daxil olmaqla, müasir foto və video kitabxanasını yaratmaq və qorumaq;
- Sosial media və bazara çıxarılacaq bütün çap materiallarının hazırlanmasında köməklik etmək;
- Yerli və beynəlxalq mətbuat nümayəndələri ilə birgə tanışlıq səfərləri və turları keçirilməsinə köməklik etmək;
- Otelin mülkiyyətinin, konfrans və toy zallarının, restoranlarının, otaqlarının broşurlarının hazırlanmasında köməklik etmək;
- Otelin bütün şəkilləri və fotosessiyalarının hazırlanmasında köməklik etmək;
- Oteldaxili satış və marketinq tədbirlərində iştirak etmək;
- Qida və İçki şöbəsi ilə yeməklərin təqdimatı və bayram tədbirlərinin təşkili məsələlərində köməklik etmək;
- Toy mərasimləri ilə bağlı biznesin təşkili üçün plan hazırlanmasında köməklik etmək;
- Gəlirləri artırmaq və müştəri ehtiyaclarını qarşılamaq üçün müştəri büdcələrini effektiv şəkildə idarə etmək;
- Həm daxili, həm də xarici müştərilərə operativ və nəzakətli xidmətin göstərilməsini təmin etmək;
Tələblər:
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzu olunandır)
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlükdür)
- Microsoft Windows kompüter proqramlarını bilmək.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
- Səlis Azərbaycan,İngilis,Rus dili biliyi
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Dinamik, öyrənməyə həvəsli olmaq
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
Maraqlanan namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.