Express Bank
Biznes Bankçılıq Departamenti/ Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi
Son tarix 08 dek 2024 - Müraciət et
Təsvir:
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
 - Təqdimat formalarının, memorandumlarının hazırlanması;
 - Mövcud bazar risklərinin aydınlaşdırılması;
 - Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
 - Müvafiq hesabatların hazırlanması.
 
Tələblər:
- Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;
 - Riyazi və analitik düşünmə;
 - Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
 - Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
 - Təqdimat bacarığı;
 
Əlavə tələblər:
- ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır.
 - Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üsütünlük veriləcəkdir.
 
İmtiyazlar:
- Tibbi Sığorta (işçini əhatə edən)
 - Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
 - Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
 - Performansdan asılı olaraq rəqabətli aylıq bonus
 - Professional və maddi inkişaf perspektivləri;
 - Peşəkar korporativ mühitdə işləmək imkanı
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







