Express Bank
3D motion dizayner (aparıcı mütəxəssis)
Son tarix 15 iyn 2026 - Müraciət et
Təsvir
- Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək ideyaların vizual həllərə çevrilməsi;
- Brend standartlarının qorunması və korporativ üsluba uyğun vizual standartların təmin olunması;
- Sosial media, rəqəmsal kampaniyalar və reklam materialları üçün 3D motion qrafika və animasiya həllərinin hazırlanması;
- Dizayn trendləri, motion texnikaları və rəqəmsal kontent standartlarının izlənilməsi və tətbiqi;
- Video montaj, kompozitinq və VFX elementləri ilə kontentin zənginləşdirilməsi;
- UI motion və interaktiv animasiyaların rəqəmsal məhsullara inteqrasiyası (mobil tədbiq və veb);
- Yeni dizayn texnologiyaları və AI alətlərinin iş prosesinə tətbiqi;
Tələblər
- 3D və motion design sahəsində ən azı 4–5 il iş təcrübəsi;
- Cinema 4D, Blender, Adobe After Effects və ya oxşar proqramlarda yüksək səviyyədə işləmə bacarığı;
- Güclü kompozisiya, işıqlandırma, kamera və animasiya prinsiplərinə dair biliklər;
- Kreativ düşüncə və vizual storytelling bacarığı;
- Reklam, sosial media, 3D motion və UI motion işlərini əhatə edən güclü portfolio təqdim edilməsi mütləqdir;
- Bank və maliyyə sektorunda rəqəmsal kampaniyalar və brend kommunikasiya layihələrində iş təcrübəsi üstünlükdür;
- Maliyyə məhsulları (kartlar, kreditlər, mobil banking və s.) üçün vizual və motion kontentin hazırlanması təcrübəsi arzuolunandır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Professional və maddi inkişaf perspektivləri
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















