Express Bank
Aparıcı IT biznes analitik
Son tarix 15 may 2025 - Müraciət et
Təsvir
- Mobil və internet bankçılıq məhsullarının biznes tələblərini müəyyənləşdirmək;
 - Texniki və biznes komanda arasında vasitəçilik etmək, layihə məqsədlərinin izahını təmin etmək;
 - Mobil və internet bankçılıq sistemlərinin və proseslərinin təhlili, təkmilləşdirmə sahələrinin müəyyənləşdirilməsi və həllər təqdim etmək;
 - Developerlərlə əməkdaşlıq edərək, mobil və internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyasına dəstək vermək;
 - Texniki sənədlərin və istifadəçi təlimatlarının hazırlamasını təmin etmək;
 - Test mərhələlərində iştirak edərək həllərin biznes tələblərinə uyğunluğunu təmin etmək;
 - API sənədləşdirilməsi və test nümunələrinin hazırlanmasını təmin etmək;
 - Mobil bankçılıq və internet bankçılıq layihələrinə aid sənədləşmə üçün Confluence-dan istifadə etmək və aktual məlumatların saxlanılmasını təmin etmək.
 
Tələblər
- Biznes analitika, sistem analizi ya əlaqəli sahələrdə minimum 2-3 il iş təcrübəsi;
 - İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznes İdarəçiliyi və ya əlaqədar sahədə ali təhsil;
 - Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
 - Proseslərin sənədləşdirilməsi və biznes analizi vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagrams) istifadə bacarıqları;
 - Soap, Postman üzrə biliklər;
 - Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə;
 - Yaxşı kommunikasiya və təqdimat bacarıqları;
 - JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə arzuolunandır;
 - Rus dili və ingilis dili arzuolunandır.
 - Bank təcrübəsinin olması arzuolunandır;
 
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
 - Təcrübə - 1-2 il
 - Təhsil - Bakalavr
 
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







