Express Bank
İnformasiya təhlükəsizliyi şöbəsi/ baş mütəxəssis (SOC Analyst T2)
Son tarix 12 okt 2024 - Müraciət et
Təsvir
- Kibertəhlükəsizlik insident və təhdidlərinin araşdırılması;
 - Insidentlərin aşkar edilməsi və qarşısının alınması;
 - Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi;
 - L1 mütəxəssislərin aşkarladığı şübhəli hadisələlərin təhlili və araşdırılması;
 - Insidentlərin prioritetinin müəyyənləşdirilməsi;
 - Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə edilən informasiya təhlükəsizliyi alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning”, “correlation” , “normalization”və s.);
 - SIEM, Firewall, EDR/XDR, WAF, SOAR və s. alətlər vasitəsilə informasiya təhlükəsizliyi təşklinə nəzarət;
 - Kibertəhlükəsizlik insidentləri üçün “playbook”ların və “runbook”ların yazılması və mövcud olanların nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
 - Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin tətbiqi və nəzarətinin həyata keçirilməsi;
 - CTİ məlumatlarının araşdırılması və yeni təhdidlərə qarşı tədbirlərin planlaşdırılması;
 - Təhdidlərin və hadisələrin, həmçinin konfiqurasiya səhvləri və boşluqların araşdırılması, sənədləşdirilməsi və hesabatların hazırlanması;
 - Yaranan insidentlərin hesabatlarının yaradılması.
 
Tələblər
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
 - İnformasiya təhlükəsizliyi sistemləri ilə iş təcrübəsi (SIEM, XDR, WAF,DLP, Firewall);
 - Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazaların təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər;
 - İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər;
 - Logların idarə edilməsi,təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi;
 - SIEM həlləri ilə təcrübə;
 - “YARA” və “SIGMA” qaydalarının yazılma təcrübəsi arzuolunandır;
 - Şəbəkə protokolları və cihazları haqqında güclü bilik və anlayış;
 - Bash, Python, Go, Powershell və s. kimi dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptlərin yazılması;
 - Analitik düşüncəyə sahib olma;
 - Informasiya təhlükəsizliyi sahəsində minimum 3 il təcrübə;
 - CEH, CRTO, CySa+, Comptia Security+, eCHTP və ya buna bənzər sertifikatlar üstünlükdür.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







