Express Bank
Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 03 iyn 2024 - Müraciət et
Təsvir:
- Kreditlərin monitorinqinin aparılması;
- Kreditlərin planlı və növbədənkənar monitorinqin təşkili və icrası;
- Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi;
- Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Analoji sahədə 2 il iş təcrübəsi;
- Microsoft Office üzrə biliklər;
- Analitik düşüncə və təhlil etmə bacarığı;
- Ünsiyyətqurma qabiliyyəti;
- Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.
Mikro kreditlər üzrə böyük mütəxəssis (Bərdə, Xaçmaz, Mingəçevir, Gəncə filialları üzrə)
Son tarix 03 iyn 2024 Müraciət et
Təsvir:
- Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
- Kreditin təyinatı üzrə xərclənməsi, borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mütəmadi monitorinq keçirir;
- İH təsdiq etdiyi aylıq satış planlarını yerinə yetirir;
- Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
- Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Biznes proseslərin təhlili və optimallaşdırılması şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi
Son tarix 03 iyn 2024 Müraciət et
Təsvir:
- Bank daxili biznes prosesləri təhlil etmək, effektivliyini ölçmək, biznes prosesdə potensial riskləri müəyyən etmək, blok-sxemlər və hesabat hazırlamaq;
- Biznes proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Biznes proses üzrə test ssenarilərinin hazırlanması və test işlərinin aparılması;
Tələblər:
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
- CRM, Bank modulları (Temenos arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
- APİ dokumentasiya ilə işləmək bacarığı;
- Excel, SQL, Power Bİ üzrə biliklər;
- Rus dili, ingilis dili arzu olunandır;
- Mobil tətbiq, internet bankçılıq sahələri, kart prossesinq mərkəzləri, terminal və onlayn ödəmə sistemləri üzrə layihələrdə iştirak (arzu olunnadır);
- Prezentasiya tərtib etmə və təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı.
Korporativ hüquq şöbəsinin mütəxəssisi
Son tarix 03 iyn 2024 - Müraciət et
Təsvir:
- Hüquq-mühafizə və Dövlət orqanlarından daxil olan sorğuların, məktubların cavablandırılması;
- Bank hesablarına həbs qoyulması və götürülməsinə nəzarətin təmin edilməsi;
- Bank daxili əmr, etibarnamə və vəkalətnamələrin hazırlanması;
- Mərkəzi Banka strukturlarla bağlı dəyişikliklər haqqında məlumatın verilməsi;
- Təsərrüfat obyektinin vergi uçotuna alınması;
- Bank daxili sənədləşmə işlərinin aparılması;
Tələblər:
- Ali təhsil;
- Microsoft Office, Outlook ilə işləmək bacarığı;
- Müvafiq sahə üzrə təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərini bilməli (ingilis dili arzuolunandır)
Girovların qiymətləndirilməsi və nəzarəti bölməsi/Mütəxəssis
Son tarix 03 iyn 2024 Müraciət et
Təsvir:
- Daxil olan sifarişlərin qiymətləndirilməsini təmin edir;
- Lombard kreditlərinin girovu təsdiq edilmiş monitorinq planlarına uyğun icrasını təmin edir;
- Girovların planlaşdırılmış və plandankənar monitorinqinin keçirilməsində iştirak edir;
Tələblər:
- Təhsil: Ali
- İstifadəçi səviyyəsində Microsoft Office proqramları biliyi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabiliyyəti;
- AR Mülki Məcəlləsi, Vergilər Məcəlləsi, AR Mərkəzi Bankının normativ sənədlərinin tələblərini, AR qiymətləndirmə haqqında qanunu, Milli Qiymətləndirmə Standartlarını (MQS), Beynəlxalq Qiymətləndirmə Standartlarını (BQS), eləcə də, bankdaxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Mikro kreditlər üzrə mütəxəssis/ aparıcı mütəxəssis (Bakı və Sumqayıt filialları üzrə)
Son tarix 03 iyn 2024 Müraciət et
Təsvir:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər:
- Ali təhsil;
- Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi
Son tarix 03 iyn 2024 Müraciət et
Təsvir:
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
- Təqdimat formalarının, memorandumlarının hazırlanması;
- Mövcud bazar risklərinin aydınlaşdırılması;
- Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
- Müvafiq hesabatların hazırlanması.
Tələblər:
- Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;
- Riyazi və analitik düşünmə;
- Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
- Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Təqdimat bacarığı;
Əlavə tələblər:
- ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır.
- Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üsütünlük veriləcəkdir.