Excelsior Hotel & SPA Baku
Qida və içki üzrə menecer
Son tarix 01 may 2024 - [email protected]
İş saatları:
- Həftəlik 40 saat, 1 saat nahar fasiləsi
Əsas öhdəliklər:
- İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək.
- Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
- Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.
- Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək.
- Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
- İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək.
- İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
- Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
- İnventarların idarə edilməsi və otelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.
- Otelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və otel / restoran əməliyyatlarını qiymətləndirmək.
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
- Əməliyyatlar ərzində təqdim edilən yemək və içkilərin dadına baxmaq və nəzarət etmək, lazım gəldikdə, öz rəyini bildirmək.
Bilik və bacarıqlar:
- Ali təhsil;
- Qida və içki üzrə menecer vəzifəsində 2 il iş təcrübəsi;
- Rus və İngilis dili (yüksək səviyyədə);
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Micros, 1C, iScala sistemləri üzrə biliklər olması üstünlükdür;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Qida və içki üzrə menecer” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 01 “May” 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.
İnsan Resursları üzrə Menecer
Son tarix 01 may 2024 [email protected]
İş saatları:·Həftəlik 40 saat, 1 saat nahar fasiləsi
Əsas öhdəliklər:
- İnsan Resursları şöbəsi üçün daxili əməliyyatlara dair təlimatın hazırlanması və yenilənməsinə kömək etmək.
- Bütün əməkdaşların sənədlərinin yenilənmiş qaydada olmasını təmin etmək (o cümlədən əməkdaşların illik məzuniyyəti, ezamiyyətləri, tibbi məzuniyyətləri).
- Otel tərəfindən şirkətin / otelin İnsan Resursları şöbəsinin bütün siyasət və prosedurlarına riayət edilməsinin təmin olunmasında köməklik göstərmək.
- Dövlət tərəfindən tənzimlənən əmək qanunvericiliyinə ciddi şəkildə riayət olunması və icrasının təmin edilməsinə köməklik göstərmək.
- Otel tərəfindən işçilərin rifah halının yaxşılaşdırılması üzrə təşkil olunmuş proqramları idarə etmək, təqdim edilən üstünlüklərin müvafiq və yerli bazarda rəqabətə davamlı olmasını təmin etmək.
- İnsan Resursları şöbəsinin bütün zəruri formalarının Bölmə / Regional İnsan Resursları şöbəsinin mütəxəssislərinə operativ surətdə göndərilməsinin təmin edilməsinə yardım göstərmək.
- Şəxsi sənədlər, o cümlədən xarici vətəndaşların sənədlərinin təhlükəsizliyi və qorunub saxlanılmasına görə cavabdehlik daşımaq.
- Plana müvafiq olaraq, şöbədaxili hesabat görüşlərində iştirak etmək.
- Bölmə / şöbə rəhbərlərinə məhsuldarlığı yüksəltmək və zəruri sayılmayan əmək haqqı xərclərini minimuma endirmək kimi məsələlərdə kömək etməklə, ştat işçilərinin normativ sayının və əmək haqqının hesablanması sistemlərinin aparılmasında köməklik göstərmək.
- Məhsuldarlıq əmsallarından (və digər əsas icra göstəricilərindən) xəbərdar olmaq və dövriyyə ilə bağlı aylıq hesabatlar, işçilərin xəstəliklə bağlı məzuniyyət hesabatlarını, ödənişli məzuniyyət hesabatlarını hazırlamaq.
- Rəqabətə davamlı müavinətlər / maaşlar / stimullaşdırıcı paketlərin araşdırılmasına təmin etmək.
- Şöbənin əməliyyat büdcəsinin idarə edilməsi, bütün xərclərə nəzarət olunması və məsrəflərin müvafiq qaydada təsdiqlənməsini təmin etmək.
- Otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu, o cümlədən maliyyə məlumatları barədə vaxtında və səliqə ilə hesabat verilməsini təmin etmək.
- Müvafiq şöbə rəhbərləri ilə birgə fəaliyyət göstərərək işəgötürmə fəaliyyətlərini koordinasiya etmək və müsahibələr aparmaq.
- İllik əmək haqqı və müavinətlərə dair tədqiqat, biznes planları, işçi qüvvəsinin istiqamətləndirilməsi kimi sənədlərin tərtib edilməsinə kömək etmək.
- İşçilərə karyera perspektivləri, şəxsi problemlər, işlə bağlı problemlər, şikayətlər, nizam-intizam və s. kimi məsələlərdə məsləhətlər vermək.
- Əməyin mühafizəsi idarələri və əmək qanunvericiliyi üzrə mütəxəssislərlə əlaqə saxlamaq, yerli əmək qanunvericiliyi haqqında ətraflı biliklərə malik olmaq.
- Bütün məzuniyyətlərin idarə edilməsinə görə cavabdehlik daşımaq
Bilik və bacarıqlar:
- Ali təhsil;
- İnsan Resurslarının idarəedilməsi üzrə 2 il iş təcrübəsi;
- İngilis dili (upper intermediate), rus dili arzu olunandır;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Netsis və 1 C proqram təminatlarından istifadə edə bilmək;
- AR Əmək Məcəlləsi üzrə biliklər;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “İnsan Resursları üzrə menecer” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 01 “May” 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.