eManat
Hüquqi şəxslərlə iş üzrə Aparıcı mütəxəssis
Son tarix 03 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni Qanunvericiliyə əsasən hüquqi şəxslərlə iş üzrə bütün daxili sənədlərin , protokolların hazırlanması , digər əməkdaşlara bu sahədə təlimlərin verilməsi
- Müştərilərə məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Şirkətin hüquqi şəxs və fərdi sahibkar müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formaları rəsmiləşdirmək;
- Hüquqi şəxs müştərilərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Hesablar üzrə əməliyyatları icra etmək
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
- Şirkətlə bağlı digər əməliyyatları aparmaq;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
- Sənədlərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmaların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Yaş 26-40
- Ən az 3 il bankda hüquqi şəxslərlə iş stajı olmalı;
- Savadlı nitq bacarığı;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq, rus dili tələb olunandır, inglis dili – səlis danışmaq;
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Hüquqi şəxslərlə iş üzrə Aparıcı mütəxəssis” yazılmalıdır.