Ekvita
Hüquqşünas
Son tarix 25 noy 2024 - [email protected]
Əsas Məsuliyyətlər
- Hüquqi sənədlər, o cümlədən müqavilələr, siyasətlər və razılaşmaları hazırlamaq, nəzərdən keçirmək və dəyişiklik etmək
- Qanunvericilikdə və beynəlxalq standartlarda baş verən dəyişikliklərdən məlumatlı olmaq;
- Daxili prosedurların milli qanunvericilik və beynəlxalq standartlara uyğunluğunu təmin etmək
- Daxili siyasətlərin, o cümlədən, intizam tədbirləri və əmək münasibətlərinin həyata keçirilməsi ilə bağlı məsləhətlər vermək
- Bütün əməliyyatlarda hüquqi davamlılığın təmin edilməsi üçün digər şöbələrlə əməkdaşlıq etmək
- Hüquqi araşdırmalar aparmaq və rəhbərlik üçün hesabatlar hazırlamaq
- Müştərilərə hüquqları haqqında məsləhətlər vermək, hüquqi həll yolları tövsiyə etmək, işçilər və işəgötürənlər arasında danışıqlar aparmaq və müvafiq danışıqlarda müştəriləri təmsil etmək
- Əmək və miqrasiya qanunvericiliyi daxil olmaqla müxtəlif məsələlər üzrə hüquqi təhlillər aparmaq, hüquqi problemləri müəyyənləşdirmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həllər təklif etmək
- Müştəri sənədlərini hüquqi siyasət və prosedurlara uyğunluq baxımından nəzərdən keçirmək
- Müxtəlif məsələlər və ya praktik sahələr üzrə hüquqi sənədləri hazırlamaq, nəzərdən keçirmək, danışıqlar aparmaq və yekunlaşdırmaq
Əsas keyfiyyətlər və təcrübə
- Hüquq üzrə bakalavr dərəcəsi mütləqdir
- Hüquq üzrə magistr dərəcəsi üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər
- Hüquq şirkətində 2-3 il və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə korporativ idarəetmə üzrə təcrübə arzuolunandır
Ünsiyyət bacarığı
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı
Analitik bacarıq
- Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi
- Minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı
Əsas bacarıq və səriştələr
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs
- Yüksək etik və peşəkar standartlar
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (yazılı və şifahi); Rus dili biliyinin olması üstünlükdür
- Kompüterlə effektiv işləmə bacarığı
- Komanda ilə işləmək bacarığı, əməkdaşlara hörmət etmək və onları dəstəkləmək
- Minimum nəzarət ilə müştərilərlə birbaşa işləmək bacarığı
Əmək haqqı və digər faydalar
- Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək;
- Sabit, etibarlı, stresssiz və dostyana iş mühiti;
- Sınaq müddətindən sonra nüfuzlu sığorta şirkətində tibbi sığorta təmin edilir;
- Həm yerli, həm də xarici təlim imkanları yaradılır;
- Faizsiz uzunmüddətli kreditlər də təqdim edilə bilər.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını (Hüquqşünas) qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.