Eden Agro MMC
Aparıcı Auditor
Son tarix 30 apr 2026 - [email protected]
İş şəraiti:
- Struktur: Daxili Audit Departamenti
- Birbaşa rəhbər: Daxili Audit Meneceri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Vəzifə öhdəlikləri:
- İllik audit planına əsasən daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Audit layihələri üzrə risk əsaslı audit planlarının hazırlanması və audit prosedurlarının icrası;
- Komanda üzvü qismində səmərəli çalışması, öhdəliklərin bölüşülməsi, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparılması;
- Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatları toplayaraq analiz edilməsi;
- Kiçik auditorların işlərinin yönləndirilməsi, metodoloji dəstək və inkişaflarının təmin edilməsi;
- Əməliyyat, maliyyə və uyğunluq auditlərinin aparılması;
- İstehsalalat proseslərinin, məhsuldarlıq göstəricilərinin və itkilərin təhlili;
- Resurslardan (torpaq, gübrə, toxum, texnika və s.) istifadə səmərəliliyinin qiymətləndirilməsi;
- Müəyyən edilmiş uyğunsuzluqlar və risklər üzrə tövsiyələrin hazırlanması və icrasına nəzarət;
- Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi;
- Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirilməsi.
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;
- Müvafiq sahədə minimum 2-3 ilə iş təcrübəsi;
- ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
- Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
- Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
- MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Korporativ tibbi sığorta paketi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aparıcı Auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.














