Eden Agro MMC
Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 24 dek 2025 - [email protected]
İş yeri:
- Bakı şəhəri, Park View Business Center
- Oğuz rayonu, A.Əsgərov küçəsi 10, Oğuz Qarğıdalı Emalı zavodu
İş şəraiti:
- İş vaxtı: I - V günlər 09:00 - 18:00
- Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
- Tabeçilik: Satınalma və Logistika şöbəsinin müdirinə.
İşin təsviri:
- Daxili satınalma sorğularının qəbulu və sistemə daxil edilməsi
- Satınalma sifarişlərinin hazırlanması və təsdiq prosesinin izlənilməsi
- Satınalma prosedurlarına uyğun sənədləşmə aparılması
- Müqavilə layihələrinin tərtibində və ya hazırlanmasında kömək
- Mövcud tədarükçülərlə gündəlik əlaqənin saxlanılması
- Yeni potensial tədarükçülərin araşdırılması və müqayisəli təhlili
- Qiymət təkliflərinin toplanması, müqayisə cədvəllərinin hazırlanması
- Tədarükçülərdən alınan məlumatların (qiymət, çatdırılma vaxtı, şərtlər) yoxlanılması
- Məhsul və xidmətlər üzrə bazar qiymətlərinin monitorinqi
- Qənaət imkanlarının təhlili və rəhbərliyə təkliflərin verilməsi
- Satınalma proseslərinin optimallaşdırılması üçün məlumat toplanması
- Sifarişlərin çatdırılma statusunun izlənilməsi
- Anbar və müvafiq şöbələrlə koordinasiya
Namizədə dair tələblər:
- Ali təhsil;
- Yerli və xarici bazar haqqında biliklər;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.











