Eden Agro MMC
Xarici satış üzrə mütəxəssis
Son tarix 07 noy 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Park View Business Centre
 - İş vaxtı: I - V günlər 09:00 - 18:00
 - Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
 - Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə.
 
İşin təsviri:
- Yeni potensial ixrac bazarlarını araşdırmaq, mövcud bazarların tələbatını və rəqabət vəziyyətini analiz etmək.;
 - Öz işinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq, Kommersiya və Satış şöbəsinin müdirinə təkliflər vermək;
 - Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərini planlamaq;
 - Müştərilər ilə görüşlər və təqdimatlar keçirmək;
 - Satışlarla bağlı sənədləşmələrin hazırlanmasında iştirak etmək;
 - Bazar araşdırması və analitik təhlillər aparmaq;
 - Şirkətin ixrac siyasətinə uyğun olaraq məhsulların xarici bazarlara ixracını təmin etmək;
 - Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etmək;
 - Müştərilərə aid baza yaratmaq;
 - Beynəlxalq bazarlarda yeni ticarət trendlərini izləmək, yeni bazar imkanlarını müəyyənləşdirmək;
 - İxrac əməliyyatları zamanı ortaya çıxa biləcək riskləri (valyuta dəyişiklikləri, gömrük problemləri, çatdırılma gecikmələri və s.) qiymətləndirmək və bu risklərə qarşı müvafiq tədbirlər görmək;
 - Beynəlxalq bazarlarda yeni ticarət trendlərini izləmək, yeni bazar imkanlarını müəyyənləşdirmək;
 - Satış hədəflərinə çatmaq üçün strategiyaların işlənib hazırlanması;
 - İşgüzar tədbirlərdə şirkəti təmsil etmək.
 
Namizədə dair tələblər:
- Ali təhsil;
 - İxrac satışlarında minimum 5 il iş təcrübəsi;
 - MS Office proqramları üzrə bilik;
 - Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili biliyi arzuolunandır;
 - Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
 - Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük.
 - Ərəb ölkələri, İran, İsrail, Rusiya, Türkiyə ölkələrinə ixracda təcrübəsi olan, Qənnadı, şirə və limonad müəssisələri ilə real iş birliyi olmuş namizədlər tələb olunur.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







