Ecopress
Satış rəhbəri
Son tarix 30 may 2025 - [email protected]
İş barədə məlumat:
- Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
Tələblər:
- Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
- Ümumi satış təcrübəsi 5-8 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
- Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
- Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
İş şəraiti:
- İş saatı 09:00-18:00-dək
- Həftədə 5 günlük iş qrafiki .
- Nahar vaxtı 13:00-14:00-dək
- Əmək haqqı: 900-1000 (+ bonus) AZN
- Yaş: 28-40
- Cinsi: Kişi.
Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış rəhbəri” yazmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.