EcoBuild MMC
Sahə Rəisi
Son tarix 30 apr 2026 - [email protected]
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimiz üçün təcrübəli Sahə rəisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik işlərin təşkil edilməsi və idarə olunması
- Layihə üzrə işlərin planlaşdırılması və icrasına nəzarət
- Tikinti proseslərinin texniki sənədlərə və layihə tələblərinə uyğun aparılmasının təmin edilməsi
- Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası
- İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasının təmin edilməsi
- Subpodratçılar və təchizatçılarla əlaqələrin idarə olunması
- İş təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət
- Gündəlik və həftəlik , rəhbərliyə təqdim olunması
- Aylıq hesabatların (Təhvil-təslim aktları , Forma №2) hazırlanması
- Metalkonstruksiyadan inşa olunan sənaye binalarında iş təcrübəsi olanlara üstünlük verilir.
Namizədə tələblər:
- Ali təhsil – İnşaat mühəndisliyi üzrə
- Minimum 7-10 il iş təcrübəsi (tikinti sahəsində)
- İngilis dili – minimum B1 səviyyəsində
- Rus dili biliyi üstünlükdür
- Microsoft Office və AutoCAD proqramlarını bilməli
- Tikinti sahəsində idarəetmə və təşkilatçılıq bacarığı
- Yüksək məsuliyyət, liderlik və qərarvermə qabiliyyəti
- Namizəd Ələt, Qaradağ, Sahil, Qobustan, Ümid və ya Sanqaçal qəsəbələrində yaşamalıdır .
- Beynəlxalq layihələrdə təcrübə arzuolunandır
- Maksimum yaş həddi: 50 yaş
İş şəraiti:
- İş qrafiki: 6 iş günü
- İş yeri: Ələt
- Əmək haqqı (Start): 2000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












