Dost Agropark
Aqronom
Son tarix 26 okt 2025 - Müraciət et
Təsvir
- Əkindən öncə torpağın hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və torpağın münbitliyini artırmaq üçün tədbirlər görmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
- Bitki mühafizəsi fəaliyyətlərini izləyərək zərərvericilər və xəstəliklərin risklərini azaltmaq;
- Aqrokimyəvi və Aqrotexniki tədbirlərin həyata keçirilməsi, suvarılma, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını təmin etmək;
- Xəstəlik, zərərverici və alaqlara qarşı mübarizə tədbirlərini həyata keçirmək;
- Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək, əməkdaşlarla gündəlik söhbətlər apararaq tapşırıqları ötürmək;
- Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;
- Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə nəzarət etmək və s;
Tələblər
- Təhsil: Ali təhsili (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə bakalavr təhsili arzu olunandır);
- Təcrübə: Aqronomluq üzrə 2 ildən az olmayaraq iş təcrübəsi (bitkiçilik üzrə)
- Komputer biliyi: 1C və MS Office proqramlarında işləmək bacarığı;
Əlavə məlumat
- İş yeri: Zəngilan
- İş qrafiki: 6 günlük iş rejimi ( həftə 40 saatdan çox olmayaraq)
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Qidalanma (gündə 3 dəfə)
- Qonaqlama (Şirkət yaşayış yeri ilə təmin edir)
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Baş aqronom
Son tarix 26 okt 2025 Müraciət et
Təsvir
- Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasının təşkili və icrasına nəzarət etmək;
- Yüksək məhsuldarlığın əldə olunması üçün təcrübə əkinlərinin təşkili və effektiv üsullardan istifadə etmək;
- Növbəli əkin sisteminin tətbiqi, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, məhsuldarlığın və torpağın münbitliyinin artırılması üçün lazımi tədbirləri görülməsini təşkil etmək;
- Aqrotexniki tədbirlər planın hazırlanması və plan üzrə işlərin həyata keçirilməsini təşkil etmək;
- Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə işlərini planlaşdırılması və icrasına nəzarət etmək;
- Torpağın məhsuldarlığının artırılması, təbii torpaqların yaxşılaşdırılması və eroziyadan qorunması üçün tədbirləri həyata keçirmək;
- Əkin planına uyğun toxum, gübrə və bitki mühafizə vasitələrinə olan ehtiyacın vaxtında təmin edilməsi üçün sifarişlərin yaradılmasını təmin etmək;
- Məhsuldarlığın artırılması məqsədi ilə torpaq nümunələrinin laboratoriya yoxlanışını təmin edir
- Yem bitkilərinin əkininin planlaşdırılması və həyata keçirilməsini təmin etmək;
- Suvarma ehtiyacının müəyyən edilməsi, suvarmanın təşkili və suvarma qurğularının işinə nəzarət və s;
Tələblər
- Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə arzu olunandır);
- Aqronomluq üzrə 5 ildən az olmayaraq (3 ili baş aqronom kimi olmaqla) iş təcrübəsi (Tarla bitkiləri üzrə)
- 1C və MS Office proqramlarında işləmək bacarığı;
- İdarəetmə bacarığı, güclü ünsiyyət qabiliyyəti;
Əlavə məlumat
- İş yeri: Zəngilan
- İş qrafiki: 6 günlük iş rejimi ( həftə 40 saatdan çox olmayaraq)
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Qidalanma (gündə 3 dəfə)
- Qonaqlama (Şirkət yaşayış yeri ilə təmin edir)
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.