Dosa Mall
Biznesin inkişafı üzrə menecer
Son tarix 12 yan 2025 - [email protected]
İş yeri: Azərbaycan, Lənkəran şəhəri
İş haqqında:
- Şirkətin ümumi satışlarının ölçülə bilən şəkildə artırılması
- Davam edən işlərin həcminin artırılması və yeni işlərin cəlb olunması
- Şirkətin inkişafı üçün yeni ideyaların verilməsi
- Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
- Göndərilmiş təkliflərin sıx şəkildə izləniməsi və həyata keçməsi üçün tələb olunan addımların vaxtında atılmasının təşkili;
- Reklam və marketinq işlərin tərtibi və tətbiqi
- Rəsmi orqanlara təqdim etmək üçün yeni prosedurun qeydiyyatı / təkrar qeydiyyat / İşgüzar danışıqların aparılması vaxtı-vaxtında istiqamətləndirilməsi və cavablandırılması;
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
- Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
- Dövrü hesabatların hazırlanması və təhlili
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan keyfiyyətlər:
- Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil
- Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində tətbiqi
- Layihələrin idarə edilməsi sahəsində təcrübə
- Səlis danışıq bacarığl
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
Bacarıqlar:
- Kommunikasiya və ünsiyyət bacarıqları
- Analitik yanaşma və təhlil
- Problem həll etmə bacarıqları
- Təqdimat bacarıqları
- Vaxt idarəetmə bacarıqları
Şərtlər:
- Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
- Bakıdan olan namizədlər yaşayış yeri ilə təmin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznesin inkişafı üzrə menecer” yazaraq elektron poçt ünvanına göndərmələri və yaxud 010-253-0748 əlaqə nömrəsinə zəng etməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.