Diamed Co.
Baş mühasib
Son tarix 11 dek 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müəssisənin mühasibat uçotunun təşkilinin təmin edilməsi;
- Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi ;
- Bəyannamələrin hazırlanması və təqdim edilməsi
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Sənədlərin qanuni və vaxtında düzgün şəkildə tərtib edilməsinə nəzarət etmək.
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması.
- Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı sənədlərin hazırlanması.
- İlkin mühasibat sənədlərinin hesablaşmaların və ödəniş öhdəliklərinin tərtib olunması və hesablanmasına nəzarət etmək.
- Balans və avans hesabatının aparılmasını təmin etmək.
- Hesab və elektron qaimə-fakturaların düzgün şəkildə yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi
- Gündəlik hesablar üzrə qalıqlar hesabatının tərtib olunması;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
- Kompüter bilikləri: MS Office, 1C (8.3)
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər
- Mühasib kimi 5 ildən artıq iş təcrübəsi (İstehsalat sahəsində təcrübəli olması üstünlükdür)
- Beynəlxalq sertifikatın olması üstünlükdür
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- İş saatları: 09:00-18:00
- İş ünvanı: Bakı ş. Həsən Əliyev 493
- Əmək haqqı: təhsil, iş stajı və bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mühasib” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.