DEFSCOPE LLC
Satış üzrə Mütəxəssis
Son tarix 25 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Müştərilərlə əlaqə saxlamaq: e-poçt, telefon və görüşlər vasitəsilə məhsul və xidmətləri təklif etmək.
- Müştərilərlə görüşlər təşkil etmək və onların ehtiyaclarına uyğun məhsul təqdim etmək.
- Satış təqdimatları və pitch-lər vasitəsilə müştəriləri məhsul almağa təşviq etmək.
- Mövcud müştəri bazasını qorumaq və satış artıımı (upselling) və əlavə satış (cross-selling) yolu ilə genişləndirmək.
- Əsas müştərilərlə gəlirli və davamlı münasibətlər qurmaq.
- Yeni müştərilər cəlb etmək və satış gəlirini artırmaq üçün strategiyalar tətbiq etmək.
- Satış məlumatlarını və hesabatlarını dəqiq aparmaq.
- Potensial müştərilərin tapılması (lead generation) və satışa çevrilməsinin izlənməsi.
- Rəqabət və bazar şəraitini izləyərək satış imkanlarını təhlil etmək və rəhbərliyə məlumat vermək.
- Müştərilərin ehtiyaclarını nəzərə alaraq məhsul və xidmətlərin satışını maksimum dərəcədə optimallaşdırmaq.
- Ehtiyac olduqda sosial media platformalarında (TikTok, Instagram və s.) canlı yayımlara qatılmaq və izləyicilərlə online interaktiv əlaqə yaratmaq.
Namizədə dair tələblər
- Minimum Bakalavr/BBA dərəcəsi (Biznes, Satış və ya əlaqəli sahə).
- 1+ il B2B və ya B2C satış üzrə təcrübə.
- Kompüter bilikləri: MS Office, CRM proqramları. İdarəetmə və hesabat alətləri. Süni İntellekt alətləri və s.
- Analitik düşüncə və yaxşı ünsiyyət bacarıqları.
- İngilis dili (Rus dili əlavə üstünlükdür).
- Hədəf yönümlü, nəticə əldə etməyə motivasiyallı, müstəqil və komanda ilə işləyə bilən.
- Effektiv vaxt idarəetmə və prioritetləşdirmə bacarıqları.
- Ölkə daxili və ya xaricə işgüzar səyahət etmə imkanı (lazım olduqda).
Üstünlüklər
- Beynəlxalq və yerli müştərilərlə işləmə imkanı.
- Dinamik və məqsəd yönümlü iş mühiti.
- Peşəkar inkişaf və öyrənmə imkanları.
- Komanda daxilində əməkdaşlıq və qlobal təcrübə paylaşımı.
- Partnyor şirkətlərdən endirim və güzəştlər qazanmaq imkanı
- Korporativ tədbirlər və səyahətlərdə iştirak imkanı
- Korporativ nömrə və laptop
- Korporativ taxi xidmətindən istifadə imkanı
İş şəraiti
- İş rejimləri: Tam-ştat 12:00-21:00, Yarım-ştat 18:00-22:00
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Afiyyətin Cəlilov 20
- Əmək haqqı: 500-1000 AZN + Bonus (satış məbləğinə əsasən)
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və peşəkar komandanın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində “Satış üzrə Mütəxəssis” qeyd etməyiniz və sizə uyğun olan iş rejimini bildirməyiniz xahiş olunur.