Decoliv
Baş mühasib
Son tarix 01 noy 2025 - [email protected]
Decoliv, eviniz üçün ən yaxşısı!
Şirkət: Decoliv mağazalar şəbəkəsi (Vey Non-Food MMC)
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, şəffaf və qanunvericiliyə uyğun əks etdirilməsini təşkil etmək və daimi nəzarəti təmin etmək;
- Şirkətin pərakəndə satış şəbəkəsinə uyğun mühasibat və maliyyə uçot sistemini qurmaq və təkmilləşdirmək;
- Vergi bəyannamələri, DSMF, sosial sığorta və statistika hesabatlarını qanunvericiliyə uyğun olaraq vaxtında hazırlamaq və təqdim etmək;
- Əməkhaqqı, mükafat və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək, gəlir və xərclərin uçotunu aparmaq, bank əməliyyatlarını yoxlamaq;
- Debitor və kreditor hesablaşmalarını izləmək, gecikmiş borcların idarə olunması və risklərin azaldılması üçün tədbirlər görmək;
- Şirkətin əmlak, inventar və əsas vəsaitlərinin uçotunu aparmaq; mağazalarda inventarizasiya və kassa yoxlamalarını planlaşdırmaq və təşkil etmək;
- Mühasibat şöbəsinin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün aparmaq, performansını qiymətləndirmək və inkişafı üçün dəstək göstərmək.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı səviyyədə bilmək və tətbiq etmək bacarığı.
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək
- Mühasibat uçotu proqramları ilə işləmək təcrübəsi;
- Analitik düşüncə, məsuliyyət, dəqiqlik və qərarvermə bacarığı;
Əlavə təminatlar:
- Yanacaq kartı
- Parking imkanı
- Nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Könüllü tibbi sığorta
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.