Datazen Solutions
Maliyyə Analitiki
Son tarix 16 fev 2026 - [email protected]
Maliyyə Analitiki olaraq, siz aşağıda qeyd olunan vəzifə və məsuliyyətlər çərçivəsində fəaliyyət göstərəcəksiniz:
- Şirkətin illik büdcəsinin hazırlanması, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq.
- IT layihələr üzrə gəlir və xərclərin hesablanması (CAPEX və OPEX planlaşdırılması), müqayisəli maliyyə analizlərinin aparılması
- CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.
- Layihə büdcələrinin hazırlanması, icrasına nəzarət və maliyyə axınlarının təhlili
- Maliyyə məlumatlarının toplanması, emalı və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
- Pul vəsaitlərinin hərəkətinə nəzarət və maliyyə proqnozlarının hazırlanması
- Maliyyə, əməliyyat və layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması
- Maliyyə risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət
- Daxili və xarici stakeholderlərə (maraqlı tərəflərlə) effektiv əməkdaşlığın təmin edilməsi
- Maliyyə hesabatlarında yaranan uyğunsuzluqların araşdırılması və müvafiq həll yollarının təklif edilməsi
- Mühasibatlıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq aylıq və illik maliyyə hesabatlarının hazırlanması.
- Verilmiş tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi
Tələblər:
- Maliyyə və ya Mühasibat uçotu üzrə ali təhsil.
- Minimum 4 il mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi.
- Excel-də yüksək səviyyəli biliklər.
- Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
- ACCA sertifikatları olanlara üstünlük verilir.
- Analitik hesabatların hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə biliklər.
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.
- Xarici dil bilikləri: İngilis dili üzrə səlis bilik tələb olunur, rus dili biliyi üstünlük hesab edilir.
- 1C proqramı üzrə ilkin biliklər arzu olunandır.
- Problemləri sistemli və effektiv həll etmək bacarığı.
- İT layihələrlə təcrübə üstünlük hesab edilir.
Əmək haqqı: 2000+ Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










