Cüzdan MMC
Biznesin İnkişafı və Satışa Dəstək üzrə Mütəxəssis
Son tarix 19 apr 2025 - [email protected]
Namizəddən tələb olunan bilik və bacarıqlar
- Ali təhsil (iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
 - Biznesin inkişafı, satış və ya marketinq üzrə ən az 2 il iş təcrübəsi;
 - MC Office (Excel yüksək səviyyədə);
 - Azərbaycan dilində səlis, İngilis dili biliyi üstünlükdür;
 - Hesabatların hazırlanması və analiz qabiliyyətinin olması;
 - Problemləri həll etmə bacarığı;
 - Strateji düşünmə və analitik təhlil bacarığı;
 - Stresə davamlılıq;
 - Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
 - Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.
 
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər
- Potensial müştəriləri araşdırmaq, əlaqə yaratmaq və şirkətin xidmətlərini tanıtmaq
 - Rəqabəti və bazardakı ehtiyacları analiz edərək şirkət üçün yeni müştəri imkanları müəyyənləşdirmək
 - Müştəri ehtiyaclarına uyğun fərdi təkliflər hazırlamaq və təqdim etmək
 - Mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və məmnuniyyət səviyyəsini yüksək tutmaq
 - Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını öyrənmək və şirkət xidmətlərini daha dərindən izah etmək
 - Başqa şirkət və ya təşkilatlarla əməkdaşlıq quraraq potensial müştəri kütləsini genişləndirmək
 - Yeni müştəri bazasının yaradılması və mövcud müştərilərlə münasibətlərin gücləndirilməsi
 - Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlamaq
 
Əmək haqqı
- Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq təyin olunacaqdır.
 
Namizədlərdən öz CV-lərini “Biznesin İnkişafı və Satışa Dəstək üzrə Mütəxəssis” başlığı altında Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







