Coffeeshop
Maliyyə üzrə mütəxəssis
Son tarix 12 iyl 2025 - [email protected]
Xidmət sahəsinə (Coffee Shop) “Maliyyə üzrə mütəxəssis” tələb olunur.
- Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması;
- Standartlara uyğun işlərin təşkil edilməsi, uçotu;
- Müəssisənin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması və hərəkəti;
- Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılması;
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək, riskləri müəyyənləşdirmək;
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Mənfəət və zərər hesabatının yığılması və təqdim edilməsi;
- Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi;
Tələb Olunan Bilik və Bacarıqlar:
- Müvafiq sahədə ali təhsil;
- 1C proqramı ilə işləmə bacarığı mütləqdir;
- Güclü analitik düşüncə, innovativlik,dəqiqlik;
- Restoran, coffee shop sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Korporativ mühitdə iş təcrübəsi;
- Azərbaycan dilini yaxşı bilmək (rus dili biliyi üstünlükdür);
- MS Word və Excel proqramlarını yaxşı dərəcədə bilmək;
- İş rejimi: 5/2, iş saatı standart;
Əməkhaqqı- 1000-1300 AZN
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində vakansiyanın adını «Maliyyə üzrə mütəxəssis» qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər;