CMT Group
Kimyacı-Texnoloq
Son tarix 19 avq 2025 - [email protected]
Əsas Məqsəd:
- Kimyəvi proseslərin texnoloji ardıcıllığını təmin etmək, xammaldan keyfiyyətli məhsulun alınmasına qədər olan mərhələləri nəzarətdə saxlamaq və optimallaşdırmaq.
Əsas Vəzifə Borcları:
- İstehsalatda istifadə olunan kimyəvi proseslərin texnoloji rejimlərinə nəzarət etmək.
- Kimyəvi xammalların, yarımfabrikatların və hazır məhsulların keyfiyyətini yoxlamaq və nəticələri sənədləşdirmək.
- Yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması və istehsalat itkilərinin azaldılması üzrə təkliflər vermək.
- Kimyəvi reaksiya şəraitlərini (temperatur, təzyiq, zaman və s.) optimallaşdırmaq.
- Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət olunmasını təmin etmək.
- İstehsalat zamanı baş verə biləcək kimyəvi nasazlıqların və təhlükəli vəziyyətlərin qarşısını almaq.
- Laborator analizlərin nəticələrinə əsaslanaraq prosesin keyfiyyətinə nəzarət etmək.
- Müəssisədə tətbiq olunan texniki sənədləri (texnoloji xəritələr, təlimatlar, göstərişlər və s.) hazırlamaq və yeniləmək.
- Qanunvericiliyə və standartlara uyğun sertifikatlaşdırma və yoxlamalarda iştirak etmək.
- Aylıq və ya illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Vəzifəyə Qoyulan Tələblər:
Təhsil:
- Ali təhsil (kimya, kimya mühəndisliyi və ya texnoloji ixtisaslar üzrə).
İş təcrübəsi:
- İxtisas üzrə minimum 1-3 il iş təcrübəsi (məhsuldar istehsalat sahələrində üstünlükdür).
Bacarıqlar və biliklər:
- Ümumi və analitik kimya üzrə dərin biliklər;
- Texnoloji proseslərin avtomatlaşdırılması və nəzarəti sahəsində anlayış;
- Laborator analiz metodları və avadanlıqları üzrə təcrübə;
- MS Office proqramlarında işləmə bacarığı;
- Müstəqil işləmək və problem həll etmək bacarığı;
- Texniki sənədlərlə işləmək bacarığı.
Digər tələblər:
- İşdə diqqətlilik və dəqiqlik;
- Komanda ilə işləmə qabiliyyəti;
- Peşəkar etik davranış və məsuliyyət hissi;
- Təhlükəsizlik qaydalarına ciddi riayət.
İş şəraiti
- Əmək Haqqı 700 Azn
- İş saatı 08:00 dan 17:00
- İş yeri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi.
Əlaqədar şəxs İnasan Resursları üzrə Menecer Orxan Cavadzadə
Əlaqə +994 55 335 15 95
CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.