CMS Properties
Büdcə və hesabatlıq üzrə mütəxəssis
Son tarix 30 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən illik büdcə prognozları hesabatlarını şöbə rəhbərləri və menecerləri ilə əməkdaşlıq edərək hazırlamaq;
- Hesabatların hazırlanmasında ən son yenilikləri tətbiq etmək və büdcə planlamaları qərarlarını qəbul etmək üçün cari və keçmiş maliyyə məlumatlarını təhlil etmək;
- Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq;
- Büdcədə nəzərdə tutulan rəqəmlərlə müqayisədə faktiki maliyyə nəticələrinə nəzarət və fərqlərin müəyyənləşdirilməsi. Büdcə prognozları hesabatları ilə maliyyə hesabatları arasındakı fərqlər barədə rəhbərliyə izahlı məlumatların verilməsi;
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti;
- Büdcə prognozları hesabatlarının hazırlanaraq rəhbərliyə və departament rəhbərlərinə təqdim edilməsi və lazımi tövsiyələrin verilməsi;
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə təkmilləşdirmələrin təklif edilməsi və həyata keçirilməsi;
- Məlumat toplamaq və maliyyə məqsədləri ilə uyğunluğu təmin etmək üçün maliyyə, mühasibat uçotu və digər aidiyyatı struktur bölmələri ilə sıx əməkdaşlıq etmək
Tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə 1-3 il
- Güclü analitik bacarıqlar
- Excell bilikləri
- Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
- Komandalarla səmərəli işləmək bacarığı
- Büdcə hesabatının dəqiqliyi təmin etmək üçün maliyyə sənədlərinin nəzərdən keçirilməsi və hazırlanması
- Büdcə hesabatının hazırlanması zamanı digər tapşırıqların dəqiq və razılaşdırılmış müddətdə hazırlanması bacarığı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1000 AZN Net
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə və hesabatlıq üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.