Caspion Construction & Procurement LLC
Tender satınalmaları üzrə menecer
Son tarix 05 dek 2025
Namizəddən tələblər:
- Incoterms və beynəlxalq logistika sahəsində biliklərə malik olmaq;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst, İngilis dili – intermediate səviyyəsində;
- Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Kompüter və rəqəmsal alətlərlə işləmək bacarığı;
- Satınalma və ya oxşar vəzifədə minimum 1 il təcrübə;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı, texniki və kommersiya göstəricilərinin analizi;
- Texniki və analitik düşüncə tərzi, avadanlıqların texniki xüsusiyyətlərini və sənədləri anlamaq qabiliyyəti;
- İnternetdə məlumatların axtarışı və analizi, mənbələrin etibarlılığını qiymətləndirmək bacarığı;
- Süni intellekt alətləri, o cümlədən ChatGPT ilə işləmək bacarığı (informasiya analizi və sənədlərin hazırlanması üçün);
- Logistika və mal müşayiətedici sənədlər (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) haqqında biliklər;
- Diqqətlilik, məsuliyyət və vaxt məhdudiyyətləri (deadline) şəraitində işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tapşırılan məhsullar üzrə bazarın və potensial təchizatçıların araşdırılması;
- Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili;
- Məhsulların həcminin, logistika sxemlərinin və konteyner yerləşdirilməsinin hesablanması;
- Məhsulun maya dəyərinin müəyyən edilməsi (daşıma, gömrük və digər xərclər daxil olmaqla);
- Təchizatçılar və tərəfdaşlarla daimi əlaqələrin saxlanılması;
- Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması və yoxlanılması;
- Satınalmalar üzrə məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanması;
- Tapşırıqların icra müddətlərinə və tender sənədlərinin tələblərinə nəzarət;
- Böyük məlumat bazaları və texniki göstəricilərlə işləmək;
- Analitik məlumatların işlənməsi və rəhbərlik üçün təkliflərin hazırlanması.
İş şəraiti
- Əmək haqqı: 1000–1500 AZN (Netto, vergi çıxıldıqdan sonra);
- Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
- şirkət hesabına kompleks nahar verilir;
- Ödənişli məzuniyyət və dövlət bayram günlərinə uyğun istirahət günləri;
- 1 aylıq ödənişli təcrübə (staj) müddəti;
- Layihələrin qazanılması halında bonuslar;
- Yaxşı iş performansına əsasən hər il əmək haqqının artırılması nəzərdə tutulur.
- Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir.
- Tenderin qazanılması halında bonuslar nəzərdə tutulur.
- İşə qəbul edilməzdən əvvəl 1 aylıq məcburi, ödənişli staj (təcrübə) müddəti nəzərdə tutulur.
- Şirkətdə 1 il işlədikdən sonra əmək haqqının artırılması nəzərdə tutulur.
Öz CV-nizi yalnız WhatsApp vasitəsilə +994 51 378 37 76 nömrəsinə göndərin (zəng etməyin).
Zəhmət olmasa, CV-nizi yalnız yuxarıdakı bütün tələblərə uyğun olduğunuz halda göndərin.













