Cargomax
Operations Key Account Manager (Cross-Border Logistics)
Son tarix 22 yan 2026 - [email protected]
Vəzifə Öhdəliyi:
- Beynəlxalq çatdırılma zəncirinin (End-to-End) idarə edilməsi və tərəfdaşlarla strateji münasibətlərin qurulması.
İşin Mahiyyəti:
- Bu vəzifə adi bir satış və ya sadəcə əməliyyat işi deyil. Siz, Cargomax-ın beynəlxalq çatdırılma ekosistemində "mərkəzi qovşaq" rolunu oynayacaqsınız. Xidmət satdığımız Marketplace platformaları ilə xidmət aldığımız logistik tərəfdaşlar (FM, MM, LM) arasında körpü quraraq, bağlamanın ilk nöqtədən son ünvana qədər olan səyahətinin hamar keçməsini təmin edəcəksiniz.
Əsas Öhdəliklər:
- 360° Account Management: Marketplace tərəfdaşlarının (müştərilərin) ehtiyaclarını anlamaq və onlara yüksək səviyyəli əməliyyat dəstəyi vermək;
- Təchizat Zənciri Koordinasiyası: First Mile (qəbul), Middle Mile (beynəlxalq daşınma) və Last Mile (son ünvan) provayderləri ilə gündəlik əməliyyatları sinxronizasiya etmək;
- Performans Monitorinqi (KPI): Xidmət provayderlərinin (daşıyıcıların) çatdırılma müddətlərinə və keyfiyyət standartlarına əməl etməsinə nəzarət etmək;
- Problem Həlli: Sərhədlərarası (Cross-border) daşınma zamanı yaranan hər hansı texniki və ya logistik problemi çevik şəkildə həll etmək və tərəfləri məlumatlandırmaq;
- Analitika və Hesabatlılıq: Əməliyyat effektivliyini ölçmək, gecikmə risklərini öncədən müəyyən etmək və optimallaşdırma təklifləri vermək.
Namizədə dair tələblər:
- Təcrübə: Logistika, ekspeditorluq və ya kuryer sahəsində (xüsusən beynəlxalq çatdırılma) minimum 2-3 il iş təcrübəsi;
- Proses Biliyi: FM, MM və LM mərhələlərinin necə işlədiyini, marketplace biznes modellərini dərindən başa düşmək;
- Dil Bilikləri: Beynəlxalq partnyorlarla sərbəst ünsiyyət qurmaq üçün İngilis dili (Rus dili bilməsi böyük üstünlükdür);
- Soft Skills: Key Account yanaşmasına sahib olmaq (diplomatik ünsiyyət, tərəfdaşlıq mədəniyyəti) və eyni zamanda əməliyyatın "mətbəxinə" hakim olmaq;
- Çeviklik: Dəyişən şərtlərə və qlobal logistik çağırışlara sürətli adaptasiya bacarığı.
Əmək haqqı 2000+
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











