Camal LTD
Marketinq şöbəsinin müdiri
Son tarix 23 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Bazar araşdırmasını həyata keçirmək, bazarda mövcud olan rəqibləri müəyyən etmək;
- İllik marketinq strateji planını hazırlamaq;
- İllik marketinq üzrə büdcə planını hazırlamaq;
- Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq;
- Şirkəti kütləvi informasiya vasitələrində təmsil etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək;
- Cəmiyyətin iştirakı olan sərgiləri və tədbirləri təşkilini həyata keçirmək;
- Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflər hazırlamaq, təsdiq üçün Rəhbərliyə təqdim etmək;
- Brendin tanınmasını təmin etmək;
- Marketinq şöbəsi üzrə mövcud prosesləri idarə etmək;
- Cəmiyyətin yeni layihələrini Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Ən azı 5 il iş təcrübəsi rəhbər olaraq (Qida sahəsi üzrə üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan/ rus/ ingilis dillərini bilmək;
- İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq.
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Nahar və korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı 2500 Azn.
- Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan abdullayev küçəsi 21 d, döngə 9
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 0559003207
Audit şöbə müdiri
Son tarix 23 apr 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
- Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
- İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
- Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
- Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
- Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
- Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
- Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Namizədə tələblər:
- Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
- Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
- Yaş həddi: 35-50
- Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı;
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər;
İş şəraiti:
- İş qrafiki: 1-6 günlər
- Əmək haqqı: 3000 Azn
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9/21D
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir.
Əlaqə 0559003207












