Buta Agro
Anbardar (Zirə)
Son tarix 13 may 2026 - [email protected]
Təcili olaraq aşağıdakı şərtlər üzrə “Anbardar” (Zirə) tələb olunur.
İş şəraiti
- İş yeri: Bakı, Zirə qəsəbəsi, İstixana kompleksi
- İş saatı: Həftədə 6 gün
- Əmək haqqı: 800 azn
Vəzifə öhdəlikləri
- Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;
- Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;
- Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və Logo sisteminə işlənməsini təmin edir;
- Anbarda olan yüklərin siyahısını tərtib edir;
- Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;
- Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;
- Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;
- Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparır;
- Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparır.
İş təcrübəsi
- Minimum 1 il Anbardar vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr
- Logo Tiger üzrə işləyə bilmə bacarığı
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Ms. Office programları, Excell orta səviyyədə.
Təminatlar
- Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar təmin edilir.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (zirə qəsəbəsi)” qeyd etməyi unutmayın.














