Vakansiya: Çağrı mərkəzi üzrə Agent
Şöbə: Müştəri münasibətlərinin idarə olunması və Data analitikası şöbəsi
Yerləşmə: Baş Ofis.
Vəzifə öhdəlikləri:
- Zəng, e-mail və "Whatsapp" mesajlarının cavablandırılması
- Telefon, e-mail və "Whatsapp" vasitəsilə göndərilən müştəri sorğularına baxılması
- Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
- Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
- Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
- Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
- Mövcud müştəri məlumatlarının yenilənməsi
- Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
- Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
- Zənglərin müvafiq resurslara yönləndirilməsi
- Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi
Namizədə dair tələblər:
- Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
- Azərbaycan və Rus dilləri icbaridir, ingilis dili üstünlük sayılır.
- "Microsoft Office" proqramları, Outlook istifadəçisi.
- Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
- Dinləmə qabiliyyəti.
- Problemlərin təhlili və həlli bacarıqları.
- Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
- Təşkilati bacarıqlar.
- Detallara qarşı diqqətli.
- Komanda şəklində işləmə bacarığı.
- Stressə davamlılıq.
- Qüsursuz və aydın nitq.
İş şəraiti: Növbəli iş.
Maraqlanan namizədlər [email protected] email ünvanına "Çağrı mərkəzi üzrə Agent" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.