BOA Agency
Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
Son tarix 20 yan 2024 - [email protected]
Vakansiyanın detalları:
Əmək haqqı: 345 AZN + bonus
Kateqoriya: Mütəxəssis
Məşğuliyyət: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 21-30
- Ali təhsil;
- Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
- Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
- Əmək haqqı – 345-600 azn (bonus sistemi)
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Əmək haqqına mükafat və əlavə bonuslar;
- İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
- Korporativ nömrəylə təmin edilmə;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D ; (012) 310 39 21