BMY Caspian MMC
İnşaat Mühəndisi (Sahə / Site Engineer)
Son tarix 28 fev 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1000–1200 AZN + Bonus
- İş yeri: Bakı və/və ya layihə sahələri (layihədən asılı olaraq ezamiyyət mümkündür)
Vəzifənin məqsədi:
Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri:
- Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
- Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
- Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
- Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
- Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
- Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
- Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
- Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
Namizədə tələblər (mütləq):
- Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
- Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.
- Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
- AutoCAD bilikləri (mütləq)
- Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
- Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
- Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
- Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Üstünlükdür:
- Revit / Civil 3D / Microsoft Project bilikləri
- Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma
Biz nə təklif edirik:
- 2000 AZN + vəzifə maaşı. Layihə əsaslı və ya illik performans bonusları (min 1 maaş və üzəri).
- Yerli və beynəlxalq layihələrdə təcrübə və inkişaf etmə fürsəti
- Yuxarı səviyyə rəhbərliklə sıx əməkdaşlıq
- Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan inkişaf imkanları
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnşaat Mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











