Best Tech MMC
Satınalma üzrə mütəxəssis
"REANDA AZƏRBAYCAN" şirkəti işçilər axtarır - VAKANSİYALAR - ŞƏRTLƏR
Son tarix 12 avq 2025 - [email protected]
Best Tech MMC şirkəti daxili və xarici bazarlardan vaxtında, keyfiyyətli və sərfəli satınalma proseslərini təşkil edə biləcək peşəkar “Satınalma üzrə mütəxəssis” axtarır.
Əsas vəzifələr:
- Daxili və xarici bazarlardan printer, kartric və digər texniki məhsulların planlı və operativ şəkildə alınması
- Təchizatçılarla münasibətlərin qurulması və inkişaf etdirilməsi (qiymət, keyfiyyət və çatdırılma şərtlərinin razılaşdırılması)
- Bazar qiymətlərinin mütəmadi monitorinqi və müqayisəsi
- Şirkətdaxili satınalma tələblərinin toplanması və ehtiyac planlamasının aparılması
- Logistika və gömrük məsələlərinin koordinasiyası (xarici alışlar zamanı)
- Alınmış məhsulların qiymət və keyfiyyət baxımından təhlili, rəhbərliyə hesabatların təqdim edilməsi
- Satınalma sənədlərinin tam və düzgün şəkildə hazırlanması və arxivləşdirilməsi
Namizəddən gözləntilər:
- Satınalma və təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi
- Yerli və beynəlxalq bazarlarla işləmə təcrübəsi, o cümlədən xarici tərəfdaşlarla yazışma
- Analitik düşüncə, müqayisəli təhlil və qərarvermə bacarığı
- MS Excel və ofis proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dili sərbəst, İngilis dili biliyi üstünlükdür
- Detallara diqqətli, təşkiletmə bacarığı yüksək və vaxtında işi təhvil verə bilən namizəd
Təklif etdiyimiz imkanlar və iş rejimi:
- Əmək haqqı: 700–800 AZN
- Rahat və sistemli iş mühiti
- Daxili və xarici bazarlarla işləmək imkanı və təcrübə qazanmaq şansı
- Peşəkar komanda və inkişaf yönümlü mühit
- 6 günlük iş qrafiki (bazar günü istirahət)
- Rəsmi əmək müqaviləsi
CV-nizi “Satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.