BEST FOOD CATERİNG MMC
Baş mühasib (Bakı şəhəri) Catering
Son tarix 08 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
- Ayın bağlanmasını həyata keçirir;
- İllik büdcələrin tərtibatını həyata keçirir;
Namizədə tələblər:
- Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
- Maliyyə və mühasibat sahəsində minimum 3 illik iş təcrübəsi
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- PMS Sertifikatı üstünlükdür;
- MS Office proqramlarını və mühasibatlıq proqramlarını (Logo, Micro vb., 1C, və s.) sərbəst istifadə bacarığı;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- Əməkhaqqı: 1500 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
WhatsApp: +994 10 311 4152 (yalnız mesajlar üçün).